Gündəm Özəl

Müasir Müsavat Partiyasından Soyqırım BƏYANATI

Müasir Müsavat Partiyasından Soyqırım BƏYANATI

Müasir Müsavat Partiyası 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat verib.

Bəyanatda deyilir:

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, insanlar işgəncələrə məruz qalıb. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdi.

Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri müxtəlif ərazilərimizdə 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetiriblər. Onlar həmçinin milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri də dağıdıblar.

Ötən illər ərzində aparılan araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Bununla yanaşı dövlətimiz tərəfindən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə bir neçə addımlar da atılır. Partiya olaraq dövlətin əhalimizə qarşı törədilən soyqırıma qarşı apardığı mübarizəni dəstəkləyirik. Bu yolda həmişə dövlətimizin, xalqımızın yanındayıq.

Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir. Çünki ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar yüzilliklər boyu davam edib və indi də davam edir. 30 il ərazində torpaqlarımızı işğalda saxlayan Ermənistan həmin ərazilərdə də soyqırım, terror həyata keçiriblər. Onların bu vəhşilikləri də unudulmamalıdır.

Rza Demokrat.az

D
demokrat.az