Eks-prezident Ayaz Mütəllibovun ailəsi mərhumun dəfn yeri ilə bağlı qərar gözləyir.
Bu barədə Demokrat.az-a Ayaz Mütəlllibovun keçmiş silahdaşı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə məlumat verib. O, mərhum prezidentin harada dəfn ediləcəyinin hələlik məlum olmadığını deyib:
"Bilirəm ki, vida mərasimi və dəfn bu gün keçiriləcək. Yeri və zamanı hələlik bilinmir. Ailəsi hansı qərarın veriləcəyini gözləyir".
Qeyd edək ki, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov dünən gecə 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, A.Mütəllibov, 1991-ci il sentyabrın 8-də keçirilən seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il martın 6-da vəzifəsindən istefa verib. O vaxtdan 2012-ci ilə qədər Moskvada yaşayıb. Həmin il Azərbaycana qayıdıb və ömrünün sonunadək Bakıda yaşayıb.
Aynurə Demokrat.az


