"Martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub. Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi qurub. “Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Furux (Fərux-A.) yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib".
Demokrat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu martın 26-da Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında dərc etdiyi bülletenində yer alıb.
Məlumatda həmçinin deyilir: "Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib.".
Aynurə Demokrat.az


