Sosial

Ekspert BNA tənqid etdi: "Pul göydən tökülmür"

Ekspert BNA tənqid etdi: Pul göydən tökülmür

Bakıda yol hərəkətinin təşkili ilə bağlı qeyri-müəyyənlik yaranıb.

Demokrat.az xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti Elməddin Muradlı sosial media hesabında fotolar paylaşaraq Bakı Nəqliyyat Agentliyini (BNA) tənqid edib.

Mütəxəssis qurumun atdığı addımla bağlı iradlarını bildirərək hazırkı vəziyyəti "ağlamalı" adlandırıb:

"Bakıda hərəkətin təşkili ilə bağlı gülməli yox, oturub hönkür-hönkür ağlamalı haldır. Tbilisi prospektindən 3-cü mikrorayon dairəsinə gələrkən, dairəyə çatmamış işıqfor qoyulub. Daha dəqiq desəm, dairəyə bütün girişlər üzrə svetofor var, BNA quraşdırıb. İşıqforda dayanırsınız, sonra girib dairədə boğuşursuz, aləm dəyir bir-birinə. O zaman o işıqforlar kimə lazım idi?

Bunu kim edibsə, quşu lap gözündən vurub. O işıqforlara yüzminlərlə manat xərclənib. Guya piyadalar üçündür. Piyadalar onsuz da zebrada rahat hərəkət edirdi".

"Bu dairədəki svetoforların heç bir mənası yoxdur. Məntiqsiz işlər görməyin. Pul göydən tökülmür. Orada əsas konflikt nöqtəsi dairənin özüdür. Dairə qalıb orda, bunlar dairənin kənarında manevr edir", - deyə ekspert əlavə edib.

Ekspert BNA tənqid etdi: Pul göydən tökülmür

Aynurə Demokrat.az

D
demokrat.az