Demokrat.az böyük sənətkarımız, xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli sənətkar, kamançanı dərindən duyan, ifa edən, musiqi tariximizə öz üslubu ilə həkk olunan Habil Əliyevin həyat və yaradıcılığı barədə onun qızı Vəfa Əliyeva ilə həmsöhbət olub.
Sənətkarın 2-ci övladı Vəfa xanım söhbətə elə atası, onun xarakteri, sənətdə və ailədə necə bir insan olması ilə başladı: 

Onu da deyək ki, Habil Əliyevin kamançası bu gün nəvəsi Bəhruz Məmmədovdadır.
“Uşaqlıqdan musiqiyə həvəsim olub hər zaman. Valideynlərimə dedim ki, bəlkə mən də musiqi alətində, kamançada çalım. Babamla məsləhətləşdim, dedi ki, bala kamança elə bir alətdir ki, səni yarı yolda qoya bilər, amma skripkada çala bilərsən. Nənəm bilirdi ki, babamın kamançasına çox marağım var. Rəhmətə gedəndən bir neçə il sonra, dedi ki, Bəhruz bilirəm kamançaya marağın var, bunu mən sənə hədiyyə edirəm. 
“Mən müqavilə ilə ailəmlə birlikdə neçə il xaricdə yaşadım, artıq son illərdə atamla danışanda hiss edirdim ki, kövrəlir, bizi də yanında görmək istəyir. Belə qərara gəldim ki, artıq mən qayıdacam, gedib sənətimi, işimi öz ölkəmdə davam edəcəm. Amma artıq yaşlanmışdı. Nə yaxşı ki, gəldim, heç olmasa bir il, il yarım mən onunla birlikdə oldum. Son günlərində heç o yatağa düşmədi, çox az müddət, 20-15 gün oldu xəstələndi. Klinikaya yerləşdirdik onu, dedi ki, məni evə aparın. Çox razı getdi həyatdan, onu sevindirirdi ki, dövləti ona belə diqqət göstərir. Ölüm ayağında idi, deyirdi ki,mənim təşəkkürümü çatdırın dövlət başçısına qayğıya görə. Elə bir an, elə bir dəqiqə yoxdur ki, biz onu unudaq. Ailəsi uşaqlar bir yerə toplaşırıq, mütləq ilk söhbətimiz atamızdan olur. Onu unutduğum bir dəqiqəni düşünmürəm. Atamızın yeri çox görünür. Birdən adam düşünür möcüzə olsun bir də görək ki,içəri girir. Dərdimiz, sözümüz onunla idi.inanırsız vaxt olurdu ki, problemli işlə bağlı gəlirdik onlara, oturub söhbət edib rahatlayırdıq, ordan çıxanda quş kimi uçurdum. Çox ehtiyacım var, bəzi vaxt deyirdim ki, kaş yaşasaydı. Çox darıxıram”.
Gülçin Qorxmaz Demokrat.az


