Hadisə

Ailədə üç nəfər dəm qazından zəhərləndi

Ailədə üç nəfər dəm qazından zəhərləndi

Xaçmaz rayonunda bir ailənin 3üzvü dəm qazından zəhərlənib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz rayonu Seyidli kəndində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hicran İsfəndiyar qızı Dadaşova, 2004-cü il təvəllüdlü Səbinə Elçin qızı Dadaşova və 2005-ci il təvəllüdlü Dəniz Xəzər qızı Şahbazlı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az