Ukraynanın Odessa sahillərində Rusiya hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən minalar Qara dənizdə fırtına nəticəsində lövbərlərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükə yaradıb.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Sovet İttifaqı zamanından qalan “YM” və “YRM” tipli minaların Qərbi Qara dəniz regionunda intensiv ticarət dəniz yollarında olduğunu bildirərək rəsmi Kiyevi bunda ittiham edib. Digər tərəfdən, Ukrayna tərəfi Rusiyanın Qara dəniz sularında bütün ticarətin qarşısını almaq üçün mina tələsi qurduğunu iddia edib.
Arzu Demokrat.az


