Gündəm

Adil Əliyev: “Hər birimiz özümüzü şəhid atasının, anasının yerinə qoya bilsək...”

Adil Əliyev: “Hər birimiz özümüzü şəhid atasının, anasının yerinə qoya bilsək...”

“Biz torpaqlarımızı 44 günə azad etdik. Bu, böyük qəhrəmanlıqdır. Bu uğurumuza kölgə salmaq istəyənlər də var. Təkcə Ermənistana deyil, Azərbaycanı istəməyən qüvvələrə də qalib gəldik”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

A.Əliyev müharibənin qaçılmaz olduğunu bildirib: “Ermənilər daim təxribatla məşğul olublar. Onlar beynəlxalq konvensiyalara əməl etmirdilər, Azərbaycanın təklifləri ilə razılaşmırdılar. Biz nə edə bilərik ki, belə qonşularla əhatə olunmuşuq... Nəhayət müharibə başladı, müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Qəhrəmanlarımız daim diqqət mərkəzindədir. Müharibədə canını fəda edənlər təkcə öz namusu, qeyrəti üçün deyil, bütün azərbaycanlıların namusu qeyrəti üçün şəhid olublar. Biz də onların valideynlərinin, ailələrinin yanında olmalıyıq. Doğrudur, problemlər var və həmişə olub. Çalışırıq ki, mərhələli şəkildə aradan qaldıraq. Dövlətimiz çox böyük işlər görür. Hər bir azərbaycanlı özünü şəhid atasının, anasının, qardaşının yerinə qoya bilsə, problemlərimiz daha tez həll ediləcək”.

Məlik Demokrat.az

D
demokrat.az