Fevralın 23-dən 24-nə keçən gecə Ukrayna sərhədləri daxilində genişmiqyaslı “əməliyyat”a başlayan Rusiya Ukraynada böyük dağıntılara səbəb olub.
Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki tərəfdən minlərlə əsgərin və Ukrayna vətəndaşının həyatını itirdiyi bu müharibə, yeni paylaşımlarla diqqət çəkib. Ukraynadan yayılan bir çox görüntülərdə Rusiyanın normal şəraitdə istifadəsi qadağan edilən termobarik raketləri buraxan TOS-1 silah sistemini yerləşdirməsi əks olunub. Bu silah sisteminin Ukraynaya qarşı istifadə edildiyi bildirilib.
Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynada bu silah sistemindən istifadə etdiyini paylaşıb.
Aynurə Pənahqızı Demokrat.az


