Müsahibə

Emil Seyidəliyev: “BMT-nin üzvü оlmаyаn dövlətlər belə lazım gələrsə, bunu təmin еtməlidir”

Emil Seyidəliyev: “BMT-nin üzvü оlmаyаn dövlətlər belə lazım gələrsə, bunu təmin еtməlidir”

Qeyri-Hökumət Təşkilatları üzrə ekspert Emil Seyidəliyev Nəzər Media.az İnformasiya portalına müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyi qeyd olundu. Bununla bağlı nə deyə bilərsiniz?

- Mart ayının 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasının 82-ci plenar iclasında 46/230 saylı Qətnamə qəbul olunandan sonra Azərbaycan təşkilata üzv qəbul edilib və bu qərardan sonra 1992-ci il mayın 6-da isə Azərbaycanın BMT-nin Nyu-York şəhərindəki mənzil qərargahında öz daimi nümayəndəliyini açmışdı. Sonrakı iləərdə Birləşmiş Millətlər Təşkilatının 155 üzv dövlətinin səsini qazanan Azərbaycan Respublikası təşkilatın Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilmişdi.

- BMT-nin hal-hazırda dünyada təsir gücü hansı səviyyədədir və əsas prinsipləri nədən ibarətdir?

- Hal-hazırda yaranışından 77 il vaxt keçməsinə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı hələ də beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, ehtiyacı olanlara humanitar yardım göstərmək, insan hüquqlarını qorumaq və beynəlxalq hüququn müdafiəsi üzərində işləyir.

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı 1945-ci ildə təsisçiləri tərəfindən nəzərdə tutulmayan yeni işləri görür.

BMT özünün Nizamnaməsində bəyan edilmiş məqsəd və prinsiplərin həyata keçirilməsi işinə əhəmiyyətli töhfələr vermişdir. Onun qəbul etdiyi qərarlar dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərir. BMT bir sıra gərgin beynəlxalq böhranın aradan qaldırılmasında yardımçı olmuşdur. Müasir dünyada BMT-nin beynəlxalq şəraitə müsbət təsir imkanlarının genişləndirilməsi, aktual beynəlxalq siyasi problemlərin nizamlanmasında həlledici vasitəyə çevrilməsi, BMT Nizamnaməsinin bütün üzv dövlətlər tərəfindən ciddi yerinə yetirilməsinə nail olunması istiqamətində fəaliyyəti davam etdirilir.

BMT-nin əsas prinsipləri Bеynəlхаlq münаsibətlərin sülh vаsitəsi ilə həll еdilməsi, bеynəlхаlq münаsibətlərdə bir ölkənin digər ölkəyə güc tətbiq еtməsindən imtinа еtmək, bеynəlхаlq sülhü və təhlükəsizliyi təmin еtmək, əməkdаşlıq və tərksilаh. Bundan əlavə BMT-nin üzvü оlmаyаn dövlətlər belə lazım gələrsə BMT-nin prinsiplərinə uyğun оlаrаq hər şеyi təmin еtməlidir.

- Ümumiyyətlə BMT-nin məqsəd və fəaliyyəti müddətindəki gördüyü mühüm işlər haqqında nə deyə bilərsiniz?

Özünün nizamnaməsində də qeyd edildiyi kimi əsas məqsədi münаqişələrin sülh yоlu ilə tənzimlənməsi və kоllеktiv tədbirlər qəbul еtməklə bеynəlхаlq sülhün və təhlükəsizliyin qоrunub sахlаnmаsı, xаlqın özünüdərkеtmək və bərаbərlik prinsipinə hörmət еtmək əsаsındа ölkələr аrаsındа dоstluq münаsibətlərinin inkişаf еtdirilməsi, bеynəlхаlq humаnitаr, mədəni, sоsiаl, iqtisаdi хаrаktеrli prоblеmlərin həllində bеynəlхаlq əməkdаşlığı həyаtа kеçirmək, bеynəlхаlq iqtisаdi təşkilаtlаr bütün insаnlаrа hеç bir fərq qоymаdаn аzаdlıq, insаn hüquqlаrınа hörmət və оnun gеnişləndirilməsi, müхtəlif ölkələrin rаzılаşmаsı üzrə, bu məqsədlərə çаtmаğа yönəldilmiş mərkəzi оrqаnın funksiyаlаrının yеrinə yеtirilməsindən ibarətdir.

BMT özünün fəaliyyəti müddətində ilk növbədə tərk-silah və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində bir sıra mühüm və faydalı qətnamələr qəbul etmişdir. Onlardan silahlanmanın ümumi tənzimlənməsi və ixtisarını müəyyənləşdirən prinsiplər haqqında, hərbi cinayətkarların təhvil verilməsi və cəzalandırılması haqqında, yeni müharibənin təbliğatına qarşı yönəldilmiş tədbirlər haqqında, dövlətlər arasında sülh və mehriban qonşuluq münasibətlərinin bərqərar edilməsi və möhkəmləndirilməsi tədbirləri haqqında, ümumi və tam tərk-silah haqqında qətnamələrini, dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi haqqında bəyannaməni, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi haqqında bəyannaməni, BMT-nin Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüquq prinsipləri haqqında bəyannaməni, tərk-silah haqqında ümumdünya konfransının çağırılmasını nəzərdə tutan qətnamələri, beynəlxalq münasibətlərdə gücün tətbiq edilməməsi və atom silahından istifadənin həmişəlik qadağan olunması haqqında qətnaməni göstərmək olar.

- Azərbaycanla BMT arasında hansı əməkdaşlıqlar mövcuddur?

- Azərbaycan BMT-nin bir çox idarə və orqanları ilə fəal əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və s. qeyd etmək olar. BMTİP Azərb. Resp. Bərpa və Yenidənqurma Agentliyi (ARRA) və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) fəaliyyətinə təşkilati dəstək verilməsi və maliyyələşdirmə yolu ilə münaqişədən sonrakı bərpa prosesinə yardım göstərmişdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərb. qaçqınları və məcburi köçkünlərinin ağır şəraitinin qismən yaxşılaşdırılması məqsədilə humanitar yardımlar göstərmişdir.

2015-ci il sentyabrın 25-də Azərbaycan BMT-nin digər üzvlərinə qoşularaq “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” qəbul edib. 2016-cı il oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzalamayıb. 2021-ci ildə BMT-nin ölkə üzrə idarə heyəti və Azərbaycan Hökuməti 2021 - 2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə (UNSDCF) sənədini imzalayıblar. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə də xüsusi önəm verir. Çərçivə sənədi tərəfdaşlıq üçün dörd prioritet sahəni müəyyən edir: həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım; dövlət və sosial xidmətlərin daha yaxşı göstərilməsi üçün daha güclü institutlar; ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə; və qadın və qızların səlahiyyətlərini artıran və gender bərabərliyinə əsaslanan cəmiyyət. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir.

- BMT-nin Azərbaycandakı qurumları və qurumların fəaliyyətlərinin məqsədi haqqında qısa olaraq nə deyə bilərsiniz?

- Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) aclığı aradan qaldırmaq üçün beynəlxalq səylərə rəhbərlik edən ixtisaslaşmış qurumdur. Məqsədimiz dünyada hamı üçün qida təhlükəsizliyini təmin etmək və insanların sağlam həyat sürməsi üçün daim keyfiyyətli qidaya çıxışını təmin etməkdir. Beynəlxalq Əmək Təşkilatının (ILO) dünyada sosial ədalətin və davamlı sülhün vacibliyini nəzərdə tutan əsas missiyasını yerinə yetirmək məqsədi ilə sosial ədalətin və beynəlxalq səviyyədə tanınmış insan və əmək hüquqlarının təbliği ilə məşğul olur. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) humanist və qanuni miqrasiyanın miqrantlara və cəmiyyətə faydalı olması prinsipinə sadiqdir. Miqrasiya üzrə aparıcı təşkilat kimi, BMqT beynəlxalq tərəfdaşları ilə birgə fəaliyyət göstərir. BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarlığı (OHCHR) hər kəsin bütün insan hüquqlarının qorunması üçün çalışır, hüquqlarını anlamaq üçün insanları məlumatlandırır, eləcə də bu hüquqların icrasını təmin etmək üçün aidiyyatı qurumlar və şəxslərə kömək edir. BMT-nin İnkişaf Proqramı (BMTİP) təxminən 170 ölkədə və ərazidə planetimizi qorumaqla yanaşı, yoxsulluğun aradan qaldırılması istiqamətində çalışır. BMT-nin Əhali Fondu (UNFPA) hər hamiləliyin istənildiyi, hər doğuşun təhlükəsiz olduğu və hər gəncin potensialını reallaşdıra bildiyi bir dünya üçün fəaliyyət göstərən aparıcı BMT agentliyidir. BMT-nin Qaçqınlar üzrə Ali Kommissarlığı (BMT QAK) insan həyatını xilas etmək, qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan insanların hüquqlarını qorumaq, həmçinin onlar üçün daha yaxşı gələcək qurmaq üçün çalışan qlobal təşkilatdır. Birləşmiş Millətlər Təşkilatının məqsədləri və fəaliyyətlərinə dair ictimai məlumatlandırmanı təmin etmək üçün BMT-nin İnformasiya Mərkəzləri dünyanın hər yerində, xüsusilə də inkişafda olan ölkələrdə təşkilatın işi haqqında məlumat yayır. BMT-nin Uşaq Fondu (UNICEF) uşaqların həyatını xilas etmək, hüquqlarını müdafiə etmək və onlara potensiallarını reallaşdırmağa kömək etmək üçün 190 ölkədə və ərazidə fəaliyyət göstərir.

- Sonda qısa olaraq Qoşulmama Hərəkatı haqqında məlumat verməyinizi xahiş edərdim.

- Qoşulmama Hərəkatı (QH) Soyuq Müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub. Təşkilatın hazırda 120 üzvü var. Eyni zamanda 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilatdan ibarətdir. Bildiyiniz kimi, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Hərəkat bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Azərbaycanın Qoşulmama Hərəkatına üçün müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər hərəkatın son illərdə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində yaşadığını deməyə bizə tam əsas verir.

Onu da qeyd etmək yerin düşərdi ki, Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün ən ümdə məsələlərdən olan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanmışdır.

Demokrat.az

D
demokrat.az