Gündəm Özəl

Elton Məmmədov: “Haqq, ədalətin bərqərar olunmasına həmişə inanmışam” (ÖZƏL)

Elton Məmmədov: “Haqq, ədalətin bərqərar olunmasına həmişə inanmışam” (ÖZƏL)

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti akademiyanın işlər idarəsinin sabiq müdiri Elton Məmmədovla bağlı qərar verib. Qərara əsasən, E.Məmmədov vəzifəsinə bərpa olunub. O, mart ayının 28-də vəzifəsinin icrasına başlayacaq.

Demokrat.az Elton Məmmədovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında xəbəri təsdiqləyib:

“Bəli, yenidən işimə bərpa olundum. Buna görə də, ölkə rəhbərimizə öz dərin təşəkkürümü bildirirəm. Bu, elmə və elm adamlarına verilən diqqətdir. Buna görə də, hər kəsə minnətdaram. Əslində, belə bir bərpanı gözləyirdim. Çünki haqq, ədalətin bərqərar olunmasına həmişə inanmışam. Hər zaman Allaha, onun ədalət məhkəməsinə və ölkə rəhbərinin demokratik cəmiyyətin idarə olunmasında göstərdiyi səylərə inamım yüksək olub”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az