Gündəm Özəl

Rusiya regionda sülhün və təhlükəsizliyin qorunmasında maraqlı deyil — ÖZƏL AÇIQLAMA

Rusiya regionda sülhün və təhlükəsizliyin qorunmasında maraqlı deyil — ÖZƏL AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, onlar Bakı və İrəvanın sülh sazişi ilə əlaqədar hazırlıqlara başlamasını alqışlayırlar. M. Zaxarova ölkəsinin sülh danışıqları prosesinə hərtərəfli köməklik göstərməyə hazır olduğunu da söyləyib.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının keçirilməsi ilə bağlı bir sıra təşəbbüslərün olub. Politoloq vurğulayıb ki, Azərbaycan daima bununla bağlı çıxışlar edib və Ermənistana təkliflərini verib:

“Qeyd edim ki, vasitəçisiz olaraq bu proseslərin başlanması daima dilə gətirilib. Təbii ki, hazırlıqların başlanması Türkiyə və Avropa İttifaqının səylərinin nəticəsidir. Rusiya Xarici İşlər Nazirliyinin verdiyi bu açıqlamaya gəldikdə, deyə bilərəm ki, ümumiyyətlə, Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına qarşıdır.

Rusiya regionda sülhün və təhlükəsizliyin qorunmasında maraqlı deyil — ÖZƏL AÇIQLAMA

Nə qədər ki, desələr ki, biz bunu alqışlayırıq. Yalnız bunu pərdələmək üçün deyirlər. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, qonşu dövlətlərə təzyiqləri göstərir ki, Rusiya regionda sülhün və təhlükəsizliyin qorunmasında maraqlı deyil”.

Politoloq əlavə edib ki, Rusiya düşmənçiliyin və sülhə təhdidedici proseslərin davam etməsində maraqlıdır: “Ona görə də, Rusiya xarici işlər nazirinin verdiyi bu açıqlama sadəcə olaraq görüntü xarakteri verir. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları qaçınılmazdır. Əgər Ermənistan tərəfi burada maraqlı olmasa, bu ölkənin iqtisadi blokada da davam etməsinə gətirib çıxardacaq. Ona görə də, Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi maddələri qəbul etməli və danışıqlara başlamalıdır. Düşünürəm ki, burada Ankara da vasitəçidir. Amma Ermənistan tərəfi konkret olaraq Azərbaycanın ərazi bütövlüyünü, etnik ermənilərin yaşadığı Qarabağı tanımalıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az