Erməni mənbələri xəbər verir ki, Ağdam yaxınlığındakı Xramort kəndində qadın və uşaqları kənddən çıxarılıb.
“Hraparak” qəzeti yazır ki, kəndin kişiləri Rusiya sülhməramlıları ilə birlikdə döyüş hazırlığı vəziyyətinə gətirilib.
Xatırladaq ki, Qarabağdakı rejimin qanunverici orqanı mülki şəxslərin silaha çatımlılığını təsbit edən qanun qəbul edib. Və bu qanuna əsasən mülki şəxslərə silah paylanması qadağası aradan qaldırılıb. , Bu məlumatlar göstərir ki, Rusiya sülhməramlıları Qarabağda qanunsuz silahlı birləşmələri tərksilah etmir, əksinə onların silahlanmasını təşkil edir.
Məlik Demokrat.az


