“Bu gün Rusiya ordusu “İsgəndər” raket kompleksləri ilə Xarkova hücum edib”.
Demokrat.az UNİAN-a istinadənxəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinegubov məlumat verib.
“Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu şəhərə buraxmır və bölgədə əks-hücum əməliyyatları aparır. Onlar Xarkovun yaşayış məntəqələrinə zərbələr endirməkdə, tarixi yerləri məhv etməkdə davam edir”,-deyə Oleq Sinegubov bildirib.
Leyla Demokrat.az


