Bu gün “Azəriqaz” İstehsalat Birliyində Novruzun – bahar bayramının gəlişini müjdələyən çərşənbələrin sonuncusu olan Torpaq çərşənbəsi münasibəti ilə bayram tədbiri keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə qurumun səhifəsində paylaşım edilib.
Baş direktor Ruslan Əliyev, Birliyin digər rəhbər şəxsləri Birlik kollektivi ilə birlikdə tonqal ətrafına yığışaraq bayramın gəlişini qeyd ediblər.
Birliyin baş direktoru Ruslan Əliyev bütün kollektivi Novruz bayramı münasibəti ilə təbrik edərək, hər bir kəsə cansağlığı və gələcək işlərində uğurlar arzulayıb.




Rauf Demokrat.az


