“Nüvə münaqişəsinin perspektivi bir vaxtlar ağlasığmaz görünürdü, indi mümkün ehtimallar sırasındadır”.
Demokrat.azxəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş deyib. O, Rusiyanın nüvə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsini qandonduran hadisə adlandırıb.
Quterreş Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyini təmin etməyə və qorumağa çağırıb. Həmçinin Kiyev və Moskvanın diplomatiya və sülh yoluna keçəcəyinə ümid etdiyini bildirib.
Demokrat.az


