Rusiyanın Ukrayna ərazisini işğal etməyə başlayan ilk gündən Çeçenistan rəhbəri Ramzan Kadırovun olayların mərkəzində olması hər kəsdə təəccüb və təəssüf yaratdı. Ukrayna prezidenti V.Zelenskini aradan götürmək istəyən baş çeçen xüsusi təyinatlı yüzlərlə “Kadırovçular”ı Ukraynaya göndərdi.
“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, Kadırovçular Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutub və stansiyanın bir neçə əməkdaşını öldürüblər.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko “
Siz çeçenlər, çəyirtkə kimi öləcəksiniz!- xəbərdarlığı etdi.
Daha sonra Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov qrupun Qostomel yaxınlığında məhv edildiyini bildirdi.
Ukrayna Ali Radasının keçmiş deputatı Yevgen Rıbçinski Çeçenistan rəhbəri Ramzan Kadırovun Kiyev yaxınlığında olması ilə bağlı xəbərlərə reaksiya verib.
Bu barədə keçmiş deputat “Facebook” hesabında yazıb.
O, Kiyev yaxınlığında olduğu iddia edilən Kadırovun başına mükafat qoyduğunu açıqlayıb.
Belə ki, Y.Rıbçinski R.Kadırovu öldürəcək şəxsə ev və Kiyev yaxınlığında 40 sot torpaq söz verib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukraynanın Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko Kadırova çağırış etmişdi: "Ukraynanın genişliyində əlçatmaz Kadırovçular. Rusiya təbliğatı isterik şəkildə deyir ki, "kadırovçular” Ukraynaya gəlib hamıya hər şeyi nümayiş etdirmək niyyətindədirlər.
Mən açıq şəkildə Ramzan Kadırova müraciət edirəm. Niyə Çeçenistanda oturursan? Ukraynaya gəlin. Kiyevə, Xarkova və ya Mariupola hücuma rəhbərlik edin və Putinə məharətinizi və sədaqətinizi İnstaqramda deyil, döyüş meydanında göstərin”.


