Gündəm

Nehrəmli qardaşlara mesaj: “Qutunun içindəkilər...” — ÖZƏL

Nehrəmli qardaşlara mesaj: “Qutunun içindəkilər...” — ÖZƏL

Gömrük əməkdaşlarının yersiz yoxlamalarından bezən soydaşımız maraqlı üsula əl atıb.

Demokrat.az xəbər verir ki, xaricdə yaşayan soydaşımız Zaur Bayramlı Bakıya göndərdiyi bağlamanın üzərində Dövlət Gömrük Komitəsi əməkdaşlarına xüsusi mesaj ünvanlayıb.

Həmin mesajı olduğu kimi təqdim edirik: “Azərbaycan Dövlət Gömrük Komitəsinin dəyərli mənsubları! Yəni ki, əziz Nehrəmli qardaşlarım! Qutunun içindəkilər geyinilmiş paltarlarımızdır. Təzə və maddi dəyəri olan bir şey yoxdur. Nəzərə almağınızı xahiş edirəm. Hörmətlə, Zaur Bayramlı”.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab vermədi.

Nehrəmli qardaşlara mesaj: “Qutunun içindəkilər...” — ÖZƏL

Aynurə Demokrat.az

D
demokrat.az