Gündəm

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu nə ilə başa çatacaq? — ÖZƏL

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu nə ilə başa çatacaq? — ÖZƏL

Xəbər verdiyimiz kimi, Ukrayna-Rusiya danışıqlarının dördüncü raundunun vaxtı açıqlanıb. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb. O bildirib ki, danışıqlar martın 14-də baş tutacaq. Bəs, bu danışıqlardan hansısa barış əldə oluna bilərmi? Sualımızı cavablandıran Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu görüşdən də heç bir müsbət nəticələr əldə olunmayacaq. Onun sözlərinə görə, buna səbəb Ukraynada hərc-mərcliyin olmasıdır:

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu nə ilə başa çatacaq? — ÖZƏL

“Bilirik ki, hazırda Ukraynanın daxilində vəziyyət gərgindir. Orada hər hansı razılıq olsa da, millətçi batalyonlar yerinə yetirməyəcəklər. Hesab edirəm ki, Rusiya tam qalib gələnədək bu proseslər davam edəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az