Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsindən Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb.
Demokrat.Az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12,3 il müddətinə azadlıqdan məhrum edilmiş 1955-ci il təvəllüdlü Hüseynov Əli Ümmət oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ramil Zabil oğluna arayışlar təqdim olunub və onlar azadlğa çıxıb.
Onlar 2015-ci ilin noyabr ayında həbs olunmuşdular.
Qeyd edək ki, 1 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər məhkum azadlığa çıxıb.


