Gündəm

“Yağışda çəkilən həsrət…” — Şəhid anasının ETİRAFLARI… (FOTOLAR - ÖZƏL)

“Yağışda çəkilən həsrət…” — Şəhid anasının ETİRAFLARI… (FOTOLAR - ÖZƏL)

Şəhid Azad Hümbətovu unuda bilmədiyi yarı...

Haqqında danışacağım xanımı, yəqin ki, hamıdan daha çox şəhid anaları, şəhid xanımları, bir sözlə, yolunu tez-tez II Fəxri Xiyabandan salan dərdlilər tanıyar. Onu mən də qiyabi tanıyıram- psixoloq, yaşam koçu Günel Kərimovanın söhbətindən..

Şəhid baş leytenant Azad Hümbətovun sevdiyi xanım.. Adına eşq qadını demək kifayət etməzmi?!

Aylardır onunla konsultasiya aparan, normal həyata qayıtması üçün bir psixoloq kimi, ən əsası bir insan kimi əlindən gələni edən, acısını ovutmağa çalışan Günel Kərimova adını söyləmədiyi bu xanım haqqında Demokrat.az-a kövrələrək danışıb.

“O xanımın gecəsi-gündüzü ağlamaqla keçir. Salam da verəndə ağlamağı dayanmır. Mən də işdə oluram, vaxt elədikcə onunla həm online, həm əyani formada müəyyən terapiyalar aparıram. Şükür Allaha, qismən də olsa, o durumdan çıxıb. Şəhidin anası, bacısı ilə onu tez-tez görüşdürürəm, birlikdə harasa gedirlər, şəhidlərə həsr olunmuş tədbirlərdə iştirak edirlər, bu ona təsəlli verir. Şəhidin anası ona gəlinim dedikcə, elə bil dünyanı bağışlayırlar. 8 Martda da şəhidin anasına oğlunun adından bahalı qızıl üzük hədiyyə edib. Mənimlə məsləhətləşdi, dedim ki, ürəyin bununla sakitləşəcəksə, hədiyyə et. Onunla ailə qurmaq istəyənlər çoxdur, amma özü istəmir. Deyir ki, mən özümü yalnız Azadda tapmışdım, daha onun kimisi yoxdur..”

Azad Hümbətov II Fəxri Xiyabanda dəfn olunub. Günel Kərimova deyir ki, Azadın məzarının yanından keçəndə cənnətin qoxusu gəlir.

“Gülab, ətir qoxusu bürüyüb oraları.. Hətta elə şəhid anaları var ki, öz sevgisinə sadiq qaldığı üçün o qızın əlindən öpüblər. Deyirlər ki, elə şəhid nişanlıları, qadınları gördük ki, bir ili tamam olmamış başqası ilə ailə qurdular. Bütün bu danışdıqlarım nağıla bənzəyir, amma mən bunun canlı şahidiyəm. İndi də gündə ən azı iki dəfə o şəhidinin məzarına baş çəkir. Stolu da var, hava şəraitindən asılı olmayaraq, saatlarla məzarın yanında əyləşir. Yağış yağan kimi ora qaçır ki, Azadım islanmasın.. Qismən kömək etmişəm ona. Mütəmadi görüşürəm onunla, işə başlamasına kömək etdim. Bu, onun cəmiyyətə adaptasiyasına, dərdini az da ovutmasına kömək edir.”

“Yağışda çəkilən həsrət…” — Şəhid anasının ETİRAFLARI… (FOTOLAR - ÖZƏL)
Maya İmran Demokrat.az

D
demokrat.az