Gündəm

“Qərb çalışır ki, Rusiya qarşısına növbəti dəfə Türkiyəni çıxartsın” — ÖZƏL

“Qərb çalışır ki, Rusiya qarşısına növbəti dəfə Türkiyəni çıxartsın” — ÖZƏL

“Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünü təşkil etməkdə ən optimal ölkə Türkiyə idi”.

Bunu Demokrat.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. Ekspertin sözlərinə görə, bu, prezidentlərin yekun görüşü üçün hazırlıq məqsədi daşıyırdı:

“Gözləntilər böyük olmamalı idi. Ən azından Lavrovun açıqlamaları da göstərdi ki, o, bu məsələlərdə söz sahibi deyil. Sadəcə burada əsas məsələ nədən ibarətdir? Bir neçə gün ərzində humanitar koridorların açılması və 7-8 milyon əhalinin Ukraynanın şərqində çıxarılması məsələləsi başa çatmalıdır. Ondan sonra böyük şəhərlərə Rusiya tərəfindən xüsusi bombardmançı raketlər tətbiq olunmaqla, o bölgələrdə tamamilə reaksiya göstərəcək qüvvələr məhv olunacaq. Rusiya ordusu həm şimal şərqdən, həm də cənub şərqdən Dnepr çayının şərq sahili boyunca bütün bölgəni ələ keçirib, Ukraynanı hissəyə bölməyi planlayır. Yəni planın mahiyyəti bundan ibarətdir. Ən azından əməliyyatların xəritəsinə də baxanda görünür ki, Ukraynanın qərb hissəsində Rusiya heç bir hərbi əməliyyatlar həyata keçirmir”.

Ə.Əlibəyli qeyd edib ki, sonda bu proses Kiyevin ələ keçirilməsi ilə yekunlaşmalıdır:

“Rusiyanın genə qarşı xüsusi dağıdıcı silahlardan istifadə etməməsinin də səbəbi budur. Ona görə də, düşünürəm ki, artıq Zelenskinin mesajları da göstərir ki, o da bu məsələdə razıdır. Sadəcə Rusiya daha çoxunu əldə etmək və Dneprin bütün şərq hissəsini ələ keçirmək üçün bu danışıqların müddətini uzadacaq. Ola bilsin ki, iki ölkə rəhbərinin də yekun danışıqları məhz Türkiyədə həyata keçirilsin. Daha doğrusu, belə də olacaq. Amma zənn etmirəm ki, Zelenski Putin görüşü olacaq. Çünki artıq Putin Zelenskini özünün bərabərindəki lider kimi görmür. Ola bilər ki, bunlar xarici işlər nazirləri səviyyəsində həll edilsin”.

Sanksiyalarla bağlı müharibədə hazırda ən çox itirən tərəfin Türkiyə olduğunu vurğulayan ekspert diqqətə çatdırdı ki, Türkiyə çox ciddi şəkildə Rusiya və Ukrayna bazarında böyük səhmlərin sahibi idi: “Bu, təkcə iqtisadi itkilərlə yekunlaşmayacaq. Ola bilsin ki, müəyyən müddət turizm səbəbindən Türkiyə bazarı daha çox canlansın. Ancaq ərzaq təhlükəsizliyi nöqteyi-nəzərdən Ukrayna Türkiyə üçün xüsusi rol oynayırdı. Bu baxımdan Türkiyənin hansısa zərər çəkməsindən ciddi şəkildə əndişləri var. Təkcə iqtisadi baxımdan deyil, Ankaraya Qərb tərəfindən həm hərbi, həm də siyasi təzyiqlər də var. Hesab edirəm ki, Qərb çalışır ki, Rusiya qarşısına növbəti dəfə Türkiyəni çıxartsın, yəni Polşanın oynamadığı rolu Türkiyəyə icra etdirsin. Yəni, NATO kimi Türkiyəni Rusiyanın qabağına çıxartsınlar. Hesab edirəm ki, Rusiya ilə öz haqq hesablarını bitmiş sayan Qərb avtomatik şəkildə öz notasını Türkiyəyə çevirəcək, yəni Ərdoğana qarşı. Fikrimcə, 2023-cü ilin prezident seçkilərində Qərb Türkiyə üzərindən çox böyük təzyiq dalğası başlatmış olacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az