Region

Marqvelaşvilinin kürəkəni saxlanıldı

Marqvelaşvilinin kürəkəni saxlanıldı

Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Soso Kipşidze saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Rustavi 2” teleşirkəti məlumat yayıb.

Bildirilir ki, o, Tiflisin mərkəzində iki nəfəri qətlə yetirdiyinə görə martın 9-u saxlanılıb.

Hadisənin təfərrüatına gəlincə isə, prokurorluğun açıqlamasında qeyd olunub ki, martın 8-i ata və oğul olan iki kişi və bir qonşu qadın arasında dayanacaq üstündə mübahisə yaranıb. Bu zaman qadının yoldaşı onu müdafiə üçün gəlib. İstintaqın versiyasına görə, o, qadını narahat edən həmin şəxsləri əvvəlcə döyüb və təhqir edib. Daha sonra kişi bıçaqla əllərinə xəsarət yetirib və ailələrini qumbara ilə partladacağı ilə bağlı təhdid edib.

İnsident Marcanişvili küçəsində baş verib. Şahidlər jurnalistlərə bildiriblər ki, Kipşidze polis gələnə qədər hadisə yerindən qaçıb.

S. Kipşidze keçmiş Prezidentin qızı Anna Marqvelaşvilinin əridir. O, zorakılıq və öldürməklə hədələməkdə ittiham olunur. Onu iki ilə qədər həbs gözləyir.(qafqazinfo.az)

D
demokrat.az