Gündəm

"Formula 1" Rusiya telekanalı ilə müqaviləni pozdu

Formula 1 Rusiya telekanalı ilə müqaviləni pozdu

"Formula 1" Rusiyanın "Match TV" telekanalı ilə müqaviləni pozub.

Demokrat.azxəbər verir ki, bu barədə telekanalın baş prodüseri Aleksandr Taşin açıqlama verib.

Onun sözlərinə görə, dünya çempionatının 2022-ci il mövsümü Rusiyada yayımlanmayacaq.

Qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.

Qeyd edək ki, "Formula 1" 2020-ci ildə "Match TV" ilə 3 illik müqavilə imzalayıb.

Demokrat.az

D
demokrat.az