Gündəm

Adil Əliyev: “Qarşıya qoyulmuş məqsədlərə nail olacağımıza səmimi qəlbdən inanıram”

Adil Əliyev: “Qarşıya qoyulmuş məqsədlərə nail olacağımıza səmimi qəlbdən inanıram”

“Bu gün VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından 2 il ötür. Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın rəhbərlik etdiyi Parlament fəaliyyət göstərdiyi bu müddət ərzində istər qanunların qəbulunda, istərsə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulmasında, inkişafında olduqca mütərəqqi xidmətlər göstərir”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

“Yeni çağırış Milli Məclisin ilk iclası zamanı Prezident İlham Əliyevin proqram xarakterli çıxışında qeyd etdiyi istiqamətlər üzrə deputat həmkarımla bərabər üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücümüz ilə səy göstəririk. Milli Məclisin fəaliyyətinə bundan sonra da uğurlar arzu edir, qarşıya qoyulmuş məqsədlərə nail olacağımıza səmimi qəlbdən inanıram” – A.Əliyev qeyd edib.

Məlik Demokrat.az

D
demokrat.az