Gündəm

Deputat: “Prezidentin Türkiyəyə səfəri strateji əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək”

Deputat: “Prezidentin Türkiyəyə səfəri strateji əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək”

“Türkiyə ilə Azərbaycan dost, qardaş və müttəfiq ölkələrdir”. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib ki, bu gün müharibələr və qarşıdurmalar olan dünya düzənində ölkələrimizin baxışları üst-üstə düşməli və münasibətlərimizin gələcək inkişafına, dövlətlərimizin güclənməsinə xidmət etməlidir:

“Xüsusilə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında imzalanmış və parlamentlərində ratifikasiya olunmuş Şuşa Bəyannaməsi bu münasibətlərin ölkələrimizin milli maraqlarına uyğun qurulmasını tələb edir. Türkiyə dünyada güclü və söz sahibi olan ölkədir. Prezident Ərdoğanın da bir lider kimi dünya nizamında rolu əvəz olunmazdır. Türkiyə həm Ukrayna-Rusiya müharibəsini sülhə apara biləcək, həm də tərəflər arasında dialoq mühiti yarada biləcək ölkədir. Qeyd edim ki, hər iki tərəfin inandığı ölkələr məhz Türkiyə və Azərbaycandır. Ona görə də, dünya liderləri Prezident Ərdoğanla və Prezident Əliyevlə danışır. Və bu məsələni müzakirə edirlər. Cənab Prezidentin Türkiyəyə səfəri çərçivəsində Prezident Ərdoğanla müzakirə olunacaq məsələlərdən biri Ukrayna-Rusiya müharibəsinin dayandırılmasına verə biləcəyimiz töhfələrlə bağlı olacağı qənaətindəyəm”.

Deputat: “Prezidentin Türkiyəyə səfəri strateji əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək”

“Türkiyə və Azərbaycan müttəfiq olduğundan regionda sülhün təmin olunması və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək müzakirələrin olacağı gözləniləndir. Çünki Türkiyə-Ermənistan münasibətləri də normallaşmaya doğru inkişaf edir. Amma bu münasibətlərin möhkəmlənməsi və əməkdaşlığın genişləndirilməsi üçün Ermənistan Azərbaycanla sülh sazişi imzalamalı və Zəngəzur dəhlizi istifadəyə verilməlidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində bu məsələlər də müzakirə olunacaq. Cənab Prezidentin Türkiyəyə səfəri çərçivəsində müzakirə olunan məsələlərin başlıcası isə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərin daha möhkəmlənməsinə xidmət edəcək məsələlərlə bağlı olacağını zənn edirəm. Sonda qeyd etmək istəyirəm ki, cənab Prezidentin Türkiyəyə səfəri qardaş ölkəyə səfəridir və çox əhəmiyyətlidir”, - deyə millət vəkili əlavə edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az