Sosial

Vətən Müharibəsi şəhidinin doğum günü qeyd edildi — FOTOLAR

Vətən Müharibəsi şəhidinin doğum günü qeyd edildi — FOTOLAR

Bu gün Vətən Müharibəsi şəhidi əsgər İnqilab Tofiq oğlu Qədirbəylinin cənnətdə doğum günüdür.

Demokrat.az xəbər verir ki, bu münasibətlə Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi polkovnik-leytenant Nurlan Abbasov və şəhidin atası Tofiq Qədirbəyli Salyan Şəhidlər Xiyabanında Vətən Müharibəsi şəhidi əsgər İnqilab Tofiq oğlu Qədirbəylinin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Məlik Demokrat.az

D
demokrat.az