“Media haqqında” Qanun özünə qədərki bütün media haqqında qanunların pozitiv elementlərini cəmləşdirir.
Demokrat.az xəbər verir ki, bunu MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli REAL TV-nin efirində qonaq olarkən deyib.
O qeyd edib ki, yeni qanun jurnalistlərin rəqabətə qabiliyyətli məhsul istehsal etməsini təşviq edir:
“Media haqqında” Qanunun Azərbaycan jurnalistikasının daxili və beynəlxalq müstəvidə rəqabətə qabiliyyətli məhsul istehsal etməsini təşviq edir. Burada da konkret maddələr var. Bildiyimiz kimi, jurnalistin sərbəst fəaliyyət göstərməsi üçün informasiya təminatı lazımdır. “Media haqqında” Qanun dövlətin üzərinə çoxlu sayda öhdəliklər qoyur ki, jurnalistlərin informasiya təminatının yüksək səviyyədə həyata keçirə bilsinlər”.
Aynurə Demokrat.az


