Gündəm

Manaf Ağayevin Füzuliyə keçməsinə icazə verən polis polkovniki işdən qovuldu

Manaf Ağayevin Füzuliyə keçməsinə icazə verən polis polkovniki işdən qovuldu

Müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfərinə görə polis polkovniki xidmətdən kənarlaşdırılıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub", - məlumatda deyilir.

Rza Demokrat.az

D
demokrat.az