Region

Xarkov səmasında Rusiyanın qırıcı təyyarəsi vuruldu — FOTO

Xarkov səmasında Rusiyanın qırıcı təyyarəsi vuruldu — FOTO

Xarkov üzərində Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri Rusiyanın qırıcısını vurub.

"UNİAN"ın məlumatına görə, bu barədə Xarkov vilayətinin hərbi adminstrasiyasının rəisi Oleq Sinegubov məlumat yayıb.

Rusiyaya məxsus Su-25 təyyarəsi yerli vaxtla saat 18 :15 Milli Qvardiyaçılar tərəfindən zenit-raket kompleksindən vurulub.

“Təyyarə Kuliniçi rayonuna düşüb. Xarkov Hava Hücumundan Müdafiə Qüvvələri bu gün məhsuldar gün keçirib”, – deyə Sinegubov bildirib.

D
demokrat.az