Azərbaycanın taekvondo millisi İranın Tehran şəhərində keçirilən"Fajr Open" beynəlxalq turnirində ilk medalını qazanıb.
Demokrat.az-ın xəbərinə görə, yarışın birinci günündə Patimat Abakarova yarışın bürünc medalını əldə edib.
Qadınların 53 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçımız yarımfinalda məğlub olaraq, turniri üçüncü yerdə başa vurub.
Beynəlxalq turnir "G2" kateqoriyalı olduğundan, P.Abakarova hesabına 7.2 reytinq xalı əlavə edib.
Zamiq Demokrat.az


