Milli Məclisin deputatı Fəzail Ağamalı iki ay əvvəl ürəyindən əməliyyat olunarkən kliniki ölüm keçirib.
Demokrat.azxəbər verir ki, bu barədə F.Ağamalı REAL TV-nin “Göstərir radio” verilişində bildirib.
Deputat qeyd edib ki, 55 yaşınadək dərman içməyib: "Sonralar səhhətimdə ciddi problemlər əmələ gəldi. Faktiki olaraq, iki dəfə ölümü o dünyada görüb qayıtmışam, ciddi əməliyyatlardan keçmişəm. Elə iki ay öncə ürəyimdən əməliyyat edilərkən kliniki ölüm keçirmişəm.
Həkimlərin səyi nəticəsində 16-17 saatdan sonra özümə gəlmişəm. Ayılanda özümü dərk edə bilmədim, danışmaq istədim, alınmadı. Ağır vəziyyətlərdə çalışmışam ki, yaxınlarım bilməsinlər. Düşünmüşəm ki, mənim yanımda olsalar, əziyyət çəkərlər...” - deyə F.Ağamalı qeyd edib.
Demokrat.az


