“Çox yaxında vətəndaşlarımıza `ölkənizə geri qayıdın` deyəcəyik.”
Visiontv.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna-Rusiya müharibəsiylə bağlı yeni münasibət bildirən Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Hücumların 10-cu günündə “milli müharibə”nin davam etdiyini vurğulayan Zelenski, “Vətənimizi 7/24 müdafiə edirik. Hər gecə və gündüz sonsuz görünür. Şənbə günüdür, amma bunun bizim üçün heç bir mənası yoxdur. Müharibədə şənbə, bazar ertəsi və ya cümə axşamı eynidir. Bütün bu günlər bizim üçün bərabərdir. Çünki biz hər gün vətənimizi eyni cür müdafiə etməyə çalışırıq. Ölkəmiz həftə sonları, bayramlar bilmir. Biz təqvimə çox baxmırıq, sadəcə qələbəyə doğru gedirik” deyib.
Ukraynadakı humanitar böhranı həll etməkdə qərarlı olduqlarını bildirən Zelenski, “Vətəndaşlarımıza tezliklə `ölkənizə qayıdın` deyə biləcəyik. Polşadan, Rumıniyadan və bütün ölkələrdən `geri qayıdın` deyə bilərik, çünki təhlükə tezliklə aradan qalxacaq. Biz artıq gələcəyimizi düşünürük. Biz dünyanın bütün maliyyə qurumları ilə danışırıq. Hamımız razılaşdıq ki, Ukraynanın bərpası üçün on milyonlarla dollar veriləcək" deyə qeyd edib.
Mühasirədə olan şəhərlərdə insanları xilas etmək üçün çalışırdıqlarını söyləyən Zelenski deyib:
“Təbii ki, ruslar uduzacaqlar. Vətəni bu qədər güclü və silahsız müdafiə edənlərə qarşı heç kim dayana bilməz. Bu gün mühasirədə olan şəhərlərdən çox narahatıq. Xüsusilə oradakı qadınları və qocaları xilas etməyə çalışırıq. Hər kəs öz şəhərini müdafiə etməlidir. Biz tərəfdən nə lazımdırsa, hamısını edirik.”
Demokrat.az


