Ukrayna-Rusiya müharibəsinin 10-cu günündə hücumlar bütün şiddəti ilə davam edir.
Demokrat.az xəbər verir ki, paytaxt Kiyev də daxil olmaqla bir çox şəhərlərdə tez-tez həyacan siqnalı səslənir və raket hücumları həyata keçirilir.Ukraynanın Rusiya tərəfindən işğalı ilə başlayan müharibənin 10-cu gününə daxil olub. Bir çox şəhər günlərdir bombalanıb, yüzlərlə mülki şəxs və əsgər hücumlarda həyatını itirib. İki ölkənin hakimiyyət orqanları ötən gün apardıqları ikinci danışıqlar çərçivəsində mülki şəxslərin təxliyə edildiyi bölgələrdə sülh dəhlizi yaradılması barədə razılığa gəliblər. Bu proseslə bağlı inkişaflar dünya tərəfindən maraqla izlənilsə də, Ukraynada baş verənlərürək ağrıdır.
Müharibənin 10-cu günündə baş verən mühüm hadisələri təqdim edirik: 

Ukrayna Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Rusiya qüvvələrinin bombardman etdiyi Zaporijya Atom Elektrik Stansiyasında çox sayda insanın həyatını itirdiyi bildirilib.
Rusiyanın Ukraynaya hücumunda məktəblər də hədəfə alınıb. Citomirdə rus ordusunun vurduğu məktəb yararsız hala düşüb.
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı açıqlama verib. Rusiyanın Ukraynaya təcavüzünün "bedelini ödəyəcəyini" ifadə edən Stoltenberq, "Bu, Putinin müharibəsidir. Daha pis hücumlar olacaq və bunu görəcəyik" dedi. Baş katib həmçinin vurğulayıb ki, NATO "cavab qüvvələrini hazırlayır. 
Rusiya prezidenti Vladimir Putini də Ukraynadakı müharibəni “dərhal dayandırmağa” və bütün qüvvələrini “şərtsiz” Ukraynadan çıxarmağa çağıran Stoltenberq Ukraynada ölüm və dağıntıların yaxın günlərdə “daha da pisləşəcəyi” xəbərdarlığını edib.
Uçuşa qadağan zona ilə bağlı açıqlamalar verən baş katib, “NATO təyyarələrinin Ukraynada olmasını istəmirik” deyib. NATO müttəfiqlərinin bu müharibənin Ukrayna hüdudlarından kənara çıxmasının qarşısını almaq üçün məsuliyyət daşıdığını vurğulayan NATO lideri, Ukraynada uçuşa qadağa zonası yaradılmayacağını və heç bir qoşun göndərilməyəcəyini bir daha vurğulayıb. 
Rza Demokrat.az


