ABŞ prezidenti Co Bayden yaxın saatlarda Rusiya oliqarxlarlarının bir qrupuna qarşı sanksiya tətbiq edəcək.
Demokrat.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, sanksiyalar oliqarxların özləri və ailələrinin ABŞ-a səfərlərinə qadağanı nəzərdə tutur.
Qeyd edək ki, Bayden Konqres qarşısında dünənki çıxışında Putin rejimi sayəsində milyardlarla dollar oğurlayan rus oliqarxlarına səslənərək ABŞ-ın bu duruma nöqtə qoyduğunu bildirmişdi. Bayden onların cinayətlərini araşdıracaqlarını, qanunsuz yolla əldə etdikləri sərvəti əllərindən alacaqlarını bəyan etmişdi.
Demokrat.az


