Göyçayda yaşayan 20 yaşlı Şahnaz Ömərovanın qonşuluqda yaşayan Feyruz Əliyev, onun atası Mahmud Əliyev və anası Yeganə Əliyeva tərəfindən zorla qaçırıldığı bildirilir. Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Arzu Demokrat.az


