“Putin müharibəni seçdi”.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Bayden bəyanatında bildirib.
O deyib ki, Putinin seçdiyi müharibə fəlakətli dərəcədə insan qurbanlarına və əzablara gətirəcək.
“Ukrayna xalqı əsaslandırlamayn rus hucumlarına məruz qalıb”-deyə Bayden vurğulayıb.
Bayden deyib ki, ABŞ və müttəfiqləri Rusiyanın hucumna cavab verəcək. “Moskva bu müdaxiləyə görə məsuliyyət daşıyır”.
Bayden bunun nəticələrinə görə tam məsuliyyəti Rusiyanın üzərinə ataraq ABŞ və müttəfiqlərinin qəti şəkildə cavab verəcəklərini vurğulayıb:“Dünya Rusiyanı hesaba çəkəcək”.
Ağ Evin rəhbəri xalqa müraciət ünvanlayacağını və bu müraciət zamanı Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyini bildirib: “Mən Ağ Evdən vəziyyəti müşahidə edəcəm və yerli təhlükəsizlik xidmətimdən müntəzəm olaraq yenilikləri alacam. Səhər G7-dən olan həmkarlarımla görüşəcəm və sonra Amerika xalqı ilə danışacam. ABŞ, həmçinin müttəfiqlərimiz və tərəfdaşlarımız Ukraynaya, qlobal sülh və təhlükəsizliyə qarşı bu lazımsız təcavüz aktına görə Rusiyanı cəzalandıracaq”.(azpostinfo.az)


