Hadisə

Binada yanğın oldu, sakinlər təxliyə edildi

Binada yanğın oldu, sakinlər təxliyə edildi

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzildə bir ədəd çarpayı və yataq dəsti yanıb.

Demokrat.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Arzu Demokrat.az

D
demokrat.az