Gündəm

“Sülhməramlılar bizim ərazimizə gələn gündən erməniməramlılıqla məşğuldur” — Deputatdan SƏRT AÇIQLAMA

“Sülhməramlılar bizim ərazimizə gələn gündən erməniməramlılıqla məşğuldur” — Deputatdan SƏRT AÇIQLAMA

Rusiyanın Azərbaycan Respublikasının hüquqi-tarixi ərazisinin bir hissəsində müvəqqəti yerləşdirilmiş “sülhməramlı” sayılan hərbi kontingentinin bir qrup üzvü dünən - fevralın 20-də Qarabağda separatçı-terrorçu erməni hərəkatının başlanmasının 34 illiyi ilə bağlı Xankəndindəki muzeyini ziyarət ediblər. Çəkilən fotolardan birində aydın görünür ki, qondarma “muzey”ində Rusiya hərbçiləri separatçı-terrorçu rejimin “bayraq” adlanan əski parçasının altında dayanıblar. Həmin əski parçasından aşağı hissəsində erməni xuntasının üzdəniraq "gerbi" görünür. Xatırladaq ki, bu, Azərbaycan torpağındakı Rusiya hərbçilərinin ilk belə davranışı deyil.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, sülhməramlılar Azərbaycan ərazisinə gələn gündən erməniməramlılıqla məşğuldurlar. Deputat vurğulayıb ki, çox təəssüf ki, sülhməramlılar separatçılarla çox sıx əməkdaşlıq edirlər:

“Sülhməramlılar bizim ərazimizə gələn gündən erməniməramlılıqla məşğuldur” — Deputatdan SƏRT AÇIQLAMA

“Mən əvvəldən onları sülhməramlı kimi qəbul etmirəm. Bu gün də o fikirdəyəm, gələcəkdə də belə olacaq. Çünki birinci sülhməramlı mandatını beynəlxalq səviyyədə Birləşmiş Millətlər Təşkilatı verib, yəni bunlara heç kim bu mandatı verməyib. İkinci də, onlar 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsi əsasında sülhməramlı adlandırılaraq ərazimizə gəliblərsə, onların o bəyannamədə düşən öhdəlikləri var idi. Ancaq indi nə ilə məşğuldurlar? Qeyd edim ki, orada Laçın dəhlizinin təhlükəsizliyi məsələsi var idi, ancaq onlar bizim ərazimizə gəldiyi gündən sülhməramlılıq missiyası nədisə heç yaxınına da buraxmadılar və erməniməramlılıqla məşğul oldular. Bu gün də bunu yüksək səviyyədə davam etdirirlər. Onlar ərazimizə gəldiyi gündən Azərbaycan ərazisində mövcud olan erməni silahlı birləşmələri, özünün “Arsax” dövləti adlandıran separatçı, cinayətkar, terrorçularla çox sıx əməkdaşlıq edirlər, onları himayə edirlər. Onların mövcud olmasına, fəaliyyət göstərməsinə, günü-gündən güclənməsinə kömək edirlər. Vaxtaşırı Azərbaycana qarşı təxribatların törədilməsi üçün onları çox ustalıqla istiqamətləndirirlər və nəticədə deyilir ki, ermənilər filan yerdə təxribat törətdi, filan yerdə atəş açdı, filan yerdə Azərbaycanın avtomobil karvanın qaytardı və s. Yəni, bunu ermənilər özbaşına etmir. Bunların hamısını hərbi kontingent istiqamətləndirir, təlimatlandırır və arxasında da durub himayə edir”.

Deputat dünən separatçılar tərəfində qeyd olunan tarixə də münasibət bildirib: “20 fevral tarixi mənim çox yaxşı yadımdadır. Bizim onda Xocalıda yaşayan dövrümüz idi. Həmin illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi vardı. Yəni, xalq deputatları sovetinin sessiyasını çağırdılar və orada belə qərar qəbul etdilər ki, Dağlıq Qarabağ Azərbaycanın tabeliyindən çıxarılıb Ermənistana birləşdirilsin. Bax, 20 fevral bu tarixdir. Bu gün də Xankəndinin mərkəzindəki meydanı “20 fevral dirçəliş günü meydanı” adlandırıblar. Bu münasibətlə ermənilər dünən Xankəndində müxtəlif səpkili tədbirlər keçirdilər. Bu tədbirlərin demək olar ki, hamısında onların murdar əski parçası altında Rusiya hərbi kontingentinin rəhbərliyi, nümayəndəliyi iştirak edirdi. Bu nə deməkdir? Bu, o, deməkdir ki, Rusiya özbaşına olaraq separatçı və cinayətkar terrorçuların Azərbaycan ərazisində mövcudluğunu, varlığını qəbul edir, onları himayə edir, onlara haqq qazandırır. Öz hərbiçilərinə tapşırır ki, onları müdafiə edin, onlara hər cür köməklik göstərin və onların fəaliyyət göstərməsinə şərait yaradın. Bu da Azərbaycanın ərazisini bütövlüyünə, qanunlarına qarşı hörmətsizlikdir. Azərbaycan xalqına qarşı çox ciddi təhlükədir. Bu dediklərim ilə Azərbaycan-Rusiya arasındakı münasibətlərə soyuqluq gətirmək istəmirəm. Ancaq fakt, reallıq nədirsə, mən onu deyirəm. Əgər dediklərim də bir səhv, yalan varsa, desinlər ki, bunu səhv deyirsən. Bunlar faktdır”.

Deputat qeyd edib ki, “sülhməramlılar” 10 noyabr 2020-ci il üçtərəfli, üç dövlət tərəfindən imzalanan bəyannamənin 4-cü bəndinə əməl etməlidirlər: “Onlar gəldikləri gündən Azərbaycan ərazisində mövcud olan cinayətkar, separatçı, terrorçu qurumun ləğvi, eyni zamanda Ermənistan dövlətinə məxsus hərbi birləşmələrinin tör-töküntülərinin Azərbaycan ərazisindən təmizlənməsi üçün təxirəsalınmaz tədbirlər görməli idilər. Bu, onların öhdəliyi idi. Ancaq o bəyannamənin imzalanmasında az qalıb il yarım keçə, bunu etməyiblər. Əksinə, bunlar Azərbaycan qanunlarını pozurlar, bunlar Xocalıda əlləri dinc insanların, körpə uşaqların, günahsız insanların qanına batmış cinayətkar, hərbi canilərlə - Arutyanlarla, Balasiyanlarla əməkdaşlıq edirlər, onlarla oturub dururlar. Belə olan halda sual olunur. Bizim ərazimizdə siz niyə qalmalsınız? Bizə qarşı hörmətsizlik edirsinizsə, bizim qanunlarımızı pozursunuzsa, bizə qarşı cinayət edənləri himayə edirsinizsə, onda siz bzim torpağımızda niyə qalmalısınız?

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az