Pekin-2022 Qış Olimpiya Oyunlarında Finlandiya komandası hokkey üzrə olimpiya çempionu olub.
Demokrat.az xəbər verir ki, final Rusiya üzərində 2:1 hesablı qələbə qazanan skandinavlar tarixi uğura imza atıb.
Çempionların heyətində 24-cü dəqiqədə Ville Pokka və 41-ci dəqiqədə Hannes Byörninen qol vurub. Rusiya millisində yeganə qol oyunun 8-ci dəqiqəsində Mixail Qriqorenkonun aktivinə yazılıb.
Qeyd edək ki, Finlandiya yığması tarixində ilk dəfə olimpiya çempionu olub. Rusiya seçməsi isə sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında qızıl medallara sahib çıxıb.
Zamiq Demokrat.az


