İnkişaf baxımından ölkədə insanların iki yoldan istifadə etmək imkanı var:
- Fərdi inkişafa (karyera, məişət şəraiti, yaxşı yaşamaq) yönələn fəaliyyət.
- Milli hədəflərə hesablanmış fəaliyyət, bu və ya digər şəkildə dövlətçiliyə xidmət.
Əslində bu iki yolun arasında rabitə olmalıdır, təəssüf ki, o da yoxdur. Şəxsi maraqlar milli maraqları üstələyir. Şəxsi maraqları milli kapitala çevirməyi bacarmalı idik.
Amma insanlar başa düşürlər ki, milli fəaliyyətin sonu ümidsizlikdir, məğlubiyyətdir, çıxdaş olunmaqdır.
Ağıllı insanlar, düşünən beyinlər istər-istəməz ikinci yolun yolçularına çevrilirlər. Beton sədlər də məhz buradadır. Deməli, məğlubiyyət, diqqətsizlik və ümidsizlik də qaçılmazdır. Təbii, mövcud situasiyanı düzgün dəyərləndirib sırf öz maraqlarına xidmət edənlərin də içərisində ağıllı insanlar var. Bir müddət sonra heç kəs milli fəaliyyətə üstünlük verməyəcək.
Ağır, amma alternativ yollar da var. Nə fərdi inkişafa çalışırsan, nə də milli maraqlara xidmət edirsən. Bax, bu alternativlər bir çox şeyi həll etmək imkanı əldə edir.
Samir Feyruzov Demokrat.az


