“AMEA-nıntaleyi necə olacaq, rəhbərliyə kim gələcək, bu barədə danışmaq hələ tezdir”.
BunuModern.az-aaçıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun rəhbəri, akademik Rasim Əliquliyev deyib.
Ramiz Mehdiyevin istefasından sonra Akademiyaya kimin rəhbərlik edəcəyi barədə danışan R.Əliquliyev bldirib ki,AMEA Rəyasət Heyəti prosedurları aydınlaşdırmaq üçün yenidən toplaşacaq:
“AMEA-nın prezidentiRəyasət Heyətinin bu gün keçirilən iclasında istefaverdi. O istefasınıRəyasət Heyətinə təqdim etdi. Heyət isə buna hörmətlə yanaşdı, ona uğurlar arzuladı.
AMEA-nın taleyi necə olacaq, rəhbərlik kim olacaq və s.bu kimi suallar açıq qalır.Lakin birinci vitse-prezident var, o öz işini davam etdirir. Namizədlərin təyin olunması, rəhbər seçilməsi və digərkollegial məsələdir,AMEA bunun üçün yenidən toplaşmalıdır. İndidən nə isə demək çətindir”.
Qeyd edək ki, bu günAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA prezidenti Ramiz Mehdiyev vəzifəsindənistefa verib.
Xatırladaq ki, hazırda AMEA-nın birinci vitse-prezidenti akademik ArifHəşimovdur. Qurumun nizamnaməsinə əsasən,müvəqqəti idarəçilik birinci vitse-prezidentin səlahiyyətindədir.


