Gündəm

“5-ci kolon”un əsas siyasi fiquru olan Mehdiyev nəhayət ki, istirahətə getdi”— Rauf Arifoğlu

“5-ci kolon”un əsas siyasi fiquru olan Mehdiyev nəhayət ki, istirahətə getdi”— Rauf Arifoğlu

“Ramiz Mehdiyevin istefası xəbərini böyük məmnuniyyətlə qarşıladım”.

Bunu Demokrat.az-a açıqlamasında Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğlu deyib.

O qeyd edib ki, bunun da bir neçə səbəbi var:

“ “5-ci kolon”un əsas siyasi fiquru olan Mehdiyev nəhayət ki, istirahətə getdi. Çünki bir neçə gündür ki, boş-boşuna ölkə gündəmini yükləmişdi və çox vacib məsələləri arxa planda qoymuşdu. Axır ki, ondan Azərbaycan elmi, elmi ictimaiyyət, Azərbaycan Elmlər Akademiyası qurtuldu. Çünki Ramiz Mehdiyevin necə birisi olmasını uzun illərdir ki, bilirik. Media olaraq bizdən də onu yaxşı bilən yoxdur. Amma hesab edirəm ki, Mehdiyev "tema"sı hələ bir neçə gün davam edəcək. Niyə getdi? Niyə bu qədər uzandı? Yəni, istənilən halda artıq o, gündəmdən çıxmış sayılır. İndi biz diqqətimizi başqa mövzulara yönəltməliyik. Bilirsiniz ki, jurnalistlərin hələ yarımçıq qalmış davası var. Yəni, deputat Cavanşir Feyziyev davası. Bugünədək nə üzr istəyib, nə də ki, Milli Məclis onun məsələsinə baxıb. Ona görə də biz bu davanın da yenidən üstünə yürüyəcəyik”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az