Gündəm

Bu yerlərdə su olmayacaq

Bu yerlərdə su olmayacaq

Bakının Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 11 fevral 2022-ci il tarixində axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşanadək Bakı şəhəri Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Demokrat.az

D
demokrat.az