“Rusiyanın Ukraynaya müdaxiləsi hər an baş verə bilər”.
Azpost.infoxarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bu gün Avstraliya, Hindistan və Yaponiyadan olan həmkarları ilə görüşü zamanı deyib.
Blinken fevralın 20-nə – Pekində Olimpiya Oyunları başa çatana qədər hərbi zərbənin endirilməsinin mümkün olduğunu bildirib:“İndi biz işğalın hər an başlaya biləcəyi bir dövrdəyik”.
ABŞ xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Rusiya Ukrayna ilə sərhədə yaxın bölgələrdə qüvvələrini səfərbər etməkdə davam edir. Blinken Olimpiada zamanı Rusiya ilə Ukrayna arasında münaqişənin hərbi eskalasiyasını çətin hesab edən və eyni zamanda Oyunların açılışında Rusiya prezidenti Vladimir Putinin gəlişinə işarə edən bəzi ekspertlərin qiymətləndirmələri ilə razılaşmadığını deyib.
O, bir daha Rusiyaya Ukraynaya qarşı mümkün hərbi təcavüzün ciddi nəticələri barədə xəbərdarlıq edib.


