Gündəm

Metroda şəxsiyyət vəsiqələrinin yoxlanılma səbəbi açıqlandı

Metroda şəxsiyyət vəsiqələrinin yoxlanılma səbəbi açıqlandı

Son vaxtlar Bakı metrosunda polis əməkdaşları tərəfindən aparılan yoxlamalar daha da gücləndirilib.

Bizim.Mediaxəbər verir ki, xüsusi yoxlama cihazından əlavə polislər metroya daxil olan vətəndaşlardan şəxsiyyət vəsiqələrini də tələb edirlər.

Vəsiqələrin hansı səbəbdən tələb olunması isə çox adama məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoruElşad Hacıyevbildirib ki, həmin yoxlamalar metroya daxil olan COVID-19 xəstələrinin müəyyən edilməsi üçündür:

"Dünən bu yoxlamalar sayəsində 3 aktiv koronavirus xəstəsi müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və hər biri müalicə aldıqları ünvana yerləşdiriliblər",-deyə Elşad Hacıyev əlavə edib.

D
demokrat.az