Gündəm

“Elmimizə ağır zərbələr vuran Ramiz Mehdiyev AMEA-dan getməlidir”

“Elmimizə ağır zərbələr vuran Ramiz Mehdiyev AMEA-dan getməlidir”

Bu günlərdə sosial şəbəkədə uzun illər tanıdığım və I çağırış Azərbaycan Milli Məclisində 5 il birgə fəaliyyətdə olduğum hörmətli Millət Vəkili Fəzail Ağamalının AMEA-nın indiki rəhbəri Ramiz Mehdiyev barədə geniş bir yazısını oxuduqda uzun illər içində həyatımın məzmununu dəyişən sağalmaz bir yaranın yenidən qanamasına səbəb oldu.

Doğrudan bu yazıda hörmətli Fəzail müəllim Azərbaycan dövlətçiliyi ilə bağlı çox ciddi məqamlara toxunur və uzun illər Azərbaycan Ziyalılığına, elminə böyük zərbə vuran və ölkəmizdə özlərinə möhkəm yer tutmuş şəbəkənin və onun aparıcı personası olan Ramiz Mehdiyev çetəsinin dağıdıcı rolundan bəhs edir.

Uzun illər Prezident Adminstrasiyasına rəhbərlik edən bu çete başçısı törətdikləri azmış kimi, indi də Milli Elmlər Akademiyasında olub-qalan elmi potensialımızı məhv etməyə yönəlik fəaliyyətdədir. Heç də təsadüfi deyil ki, əsas intriqa obyeklərindən biri tarix sahəsi seçilmişdir. Qara səhifələrinin təmizlənməsinin hələ də bitirib, qurtarmamış, mövcud olan tariximiz hələ də öz layiqli həqiqi statusunu formalaşdırmamış ona vurulan ciddi zərbələr davam etdirilir.

Bəllidir ki, tarixi olmayan xalqın gələcəyi də qaranlıq olur. Mən R.Mehdiyev çetesinin Azərbaycan milli-mənəvi dəyərlərinə, ziyalılığına, elminə vurduğu çox böyük ziyanlardan uzun-uzadı danışmaq fikrim olmasa da, mənim bir zamanlar rəhbərlik etdiyim bir tibb sahəsinə bu çetenin vurduğu zərbənin qısa tarixini misal göstərmək istərdim.

Bütün dünya ictimaiyyətinə bəllidir ki, az yayılmasına, insanlarda əllilik törətməsinə, həyat keyfiyyətinə mənfi təsirinə görə ən qabaqcıl yer tutan revmatik xəstəlik nə qədər böyük tibbi-sosail mahiyyət kəsb edir.

Bu xətəliklərin əksəriyyəti xroniki gedişə malik olduqlarına görə uzun müddətli müalicə və reablitasiya tədbirləri və maliyyə sərfiyyatı tələb edir. Ona görə bu xəstəliklərlə mübarizəyə bütün dünyada ciddi əhəmiyyət verilir, dövlət qayğısı göstərilir.

Bütün bunları əvvəlcədən bildiyinə görə hələ keçən əsrin sonlarında Ulu Öndərimiz Heydər Əliyev bu sahədə tibbi kadrların hazırlanması və xüsusi tibbi-reablitasiya mərkəzlərinin təşkilinə xüsusi diqqət yetirmişdi. Onun təşəbbüsü və tapşırığı ilə Moskvaya ezam olundum. Və orada ciddi elmi-praktik məktəb keçdikdən sonra Respublikamıza qayıtdım və indiki Şıx qəsəbəsində ilk dədə ölkə əhalisi üçün çox böyük əhəmiyyət daşıyan Elmi Arteoloji Mərkəzin təşkilinə başladım. Ulu Öndərimizin ciddi qayğısı və özünün rəhbərliyi ilə 1998-ci ildə Respublika Elmi Artoloji mərkəzi fəaliyyətə başladı. Qısa zamanda funksiyasına və quruluşuna görə bu mərkəz analoqu olmayan unikal bir klinikaya çevrildi. Mərkəzdə əksəri xroniki xəstələr sistemli, tam xarakterli, həm konservativ, həm operativ, həm də fizio-balneo müalicə prosesləri tətbiq edildi, xeyli sayda yüksək ixtisaslı kadrlar və mərkəzin elmi bazası yaradıldı. Və mərkəz respublikada nümunəvi elmi-praktik metodik mərkəzə çevrildi. 145 nəfər işçisi olan mərkəz ölkəmizdən xaricdə də tanınmağa başlandı və qurduğumuz xarici əlaqələr müasir müalicə metodlarının tətbiqində əhəmiyyətli rolunu oynadı.

Lakin bu işlər təəssüf ki, uzun çəkmədi. Mərkəzin yerləşdiyi dənizkənarı sahə R.Mehdiyev çetesinin diqqətini cəlb edirdi. Çətinliklə də olsa mərkəzin fəaliyyətini qoruyub saxlaya bilirdik. Lakin Ulu Öndərin sağlamlığında problemlər yarananda çete öz çirkli əməllərini həyata keçirməyə başladı.

Heydər Əliyev dünyasını dəyişən kimi, R.Mehdiyevin fəal müdaxiləsilə Elmi Artoloji Mərkəzin bağlanması qərarı təşkil edildi və ətrafı restoranlar şəbəkəsinə çevrildi. Uzun illərin böyük zəhməti hesabına meydana çıxan, bilavasitə Ulu Öndərin adı ilə bağlı olan unikal bir tibb mərkəzi göz qırpımında dağıdıldı, kollektivin taleyi isə Allahın hökmünə buraxıldı.

Ümidvaram və əminəm ki, Qarabağın azadlığının memarı xalqımızın şərəfli tarixinə öz adını əbədi həkk edən ölkə prezidenti cənab İlham Əliyev öz dəmir yumruğunu uzun illər ölkə daxilində mənəvi terrorla, sobotajla, milli-mənəvi dəyərlərimizə, ziyalılığa qarşı amansız mübarizə aparan bu dağıdıcı çetenin fəaliyyətinə də son qoyacaq, Azərbaycana və elmimizə ağır zərbələr vuran Ramiz Mehdiyev layiq olmadığı vəzifədən uzaqlaşdırılacaqdır.

Eldar Abbasov Tibb elmlər doktoru, professor, 91-lər hərəkatının üzvü

Demokrat.az

D
demokrat.az