Gündəm

Deputat: “Böyük, müqəddəs qələbəmizə həsr olunmuş filmlərimiz, əsərlərimiz yaradılmalıdır”

Deputat: “Böyük, müqəddəs qələbəmizə həsr olunmuş filmlərimiz, əsərlərimiz yaradılmalıdır”

Bu günə kimi ermənilər dırnaqarası soyqırımları haqqında filmlər çəkiblər, festivallarda yayımlayıblar. İndi isə onlar artıq 44 günlük müharibə mövzusunda dünyaya təqdim edəcək film ərsəyə gətiriblər.

Bununla bağlı Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, biz bu məsələlərdə ləngiməməliyik, geridə qalmamalıyıq:

“Hesab edirəm ki, bu sahədə işlər gedir. Yəqin ki, müəyyən səbəblər üzündən ləngimələr var. Ancaq bütün müharibə dövrünün xronikası jurnalistlər, operatorlar və digər məsul şəxslər tərəfindən lentə alınıb. Çox güman ki, yazıçılarımız, şairlərimiz, yaradıcılıq qurumları, kino sahəsində məşğul olan kimlər varsa, Mədəniyyət Nazirliyi də ora daxil olmaqla, bu sahədə işlər görülür. Ancaq indiyədək zəfər qazandığımız Vətən müharibəsi haqqında müəyyən işləri ərsəyə gətirməli idik. İndi ermənilər məğlubiyyətlərini, rüsvayçılıqlaını çəkiblər. Necə çəkiblər, nə cür çəkiblər? Bu, artıq erməni saxtakarlığıdır. Həmişə olduğu kimi, yəqin ki, bütün hadisələri yenə tərsinə çevirib, çəkiblər. Bunlar həmişə öz xeyirlərinə ediblər. Mən sizə bir fakt deyə bilərəm. Hamımıza məlumdur ki, onlar 1992-ci il fevralın 25-dən 26-a keçən gecə xocalılara qarşı soyqırım törətdilər və onlar dərhal dünyanın bir çox ölkələrinə məlumatlar yaydılar ki, bu kadrlarda görünən öldürülmüş insanların hamısı ermənilərdir, bunları da öldürənlər azərbaycanlılardır. Yəni, onlar belə murdar qabaqlayıcı iş etmişdilər. Ona görə də, gərək biz bu işdə ləngiməyək, prosesləri qabaqlaya bilək. Ona görə də, hesab edirəm ki, Mədəniyyət Nazirliyində bu sahəyə məsul olan kimlər varsa, onlar da nəticə çıxarmalıdırlar. Böyük, müqəddəs qələbəmizə həsr olunmuş filmlərimiz, əsərlərimiz ərsəyə çıxmalıdır. Biz bu məsələlərdə əsla ləngiməməliyik, geridə qalmamalıyıq”. Aynurə Pənahqızı Demokrat az

D
demokrat.az