Dünya

"Ölkələr üçün bütün COVID məhdudiyyətlərini ləğv etmək hələ tezdir"— ÜST

Ölkələr üçün bütün COVID məhdudiyyətlərini ləğv etmək hələ tezdir— ÜST

ÜST mütəxəssisləri hesab edir ki, dövlətlər üçün COVID-19-un qarşısını almaq üçün bütün məhdudiyyətləri dərhal ləğv etmək hələ tezdir. Onları ehtiyatlı olmağa çağırıb.

Bu barədə ekspertlər brifinq zamanı bildiriblər.

ÜST-ün COVID-19 üzrə texniki rəhbəri Mariya Van Kerkhove qeyd edib ki, vaksinasiya üzrə göstəricilər əksər ölkələrdə, həm də çox həssas əhali arasında aşağıdır:

"Ona görə də indi bütün məhdudiyyətləri bir anda aradan qaldırmağın vaxtı deyil.".

Öz növbəsində, ÜST-nin fövqəladə hallar üzrə icraçı direktoru Mark Rayan ölkələri COVID-19 ilə mübarizədə öz yollarını tutmağa və "məhdudiyyətləri yumşaltmaqda başqalarına kor-koranə uymamağa" çağırıb.

D
demokrat.az