Gündəm

İnfeksionist: “Bu dəfə hər hansı məhdudiyyətlər və yaxud sərtləşmələr olmayacaq”

İnfeksionist: “Bu dəfə hər hansı məhdudiyyətlər və yaxud sərtləşmələr olmayacaq”

“Fevral ayında yoluxmanın pik nöqtəyə çatması gözlənilir. Ancaq mart ayının əvvəlindən enmələr müşahidə olunacaq”.

Bunu Demokrat.az-a açıqlamasında həkim infeksionist Mərdan Əliyev deyib. Həkimin sözlərinə görə, “Omicron” ştammında ağırlaşmalar müşahidə olunmur:

“Risk qrupuna daxil olan, yaşlı, yanakı xəstəliyi olanlardan başqa, digər şəxslərdə ağırlaşmalar qeyd olunmur. Əvvəlki dalğalarda olduğu kimi, bu dəfə hər hansı məhdudiyyətlərin və yaxud da sərtləşmələrin olacağını düşünmürük. Amma belə lokal, idarə daxili qərarlar qəbul oluna bilər”.

İnfeksionist diqqətə çatdırıb ki, hazırda “Omicron” variantı daha sürətli yayılır və mütləq şəkildə fərdi qaydada qorunma vacibdir:

“Əvvəllər ailədən bir-iki nəfər yoluxurdu. Amma, indi hamısı birdən yoluxa bilir. Ona görə də, mütləq şəkildə maskalardan istifadə etmək və digər profilaktik qaydalarına riayət etmək mütləqdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az